“Sarkisyan vəziyyəti daha da gərginləşdirir” - AÇIQLAMA
16 yanvar 2013 18:17 (UTC +04:00)

“Sarkisyan vəziyyəti daha da gərginləşdirir” - AÇIQLAMA

“Ermənistan prezidenti Serj Sarkisyanın aqressiv çıxışları onu göstərir ki, bu ölkənin rəhbərliyi gələcəyi görmür.

 

Sarkisyan onsuz da mürəkkəb olan vəziyyəti özünün, eləcə də ölkə daxilindəki və xaricindəki dairələrin müəyyən məqsədləri naminə daha da gərginləşdirir”.  Bu sözləri Ermənistan prezidenti S. Sarkisyanın son bəyanatlarını APA-ya şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, S. Sarkisyan iki xalq arasındakı düşmənçiliyin dərinləşdiyi mənzərəsi yaratmağa çalışsa da, Azərbaycan rəhbərliyinin praqmatik və uzaqgörən strategiyası buna imkan verməyəcək: “Azərbaycan həmişə milliyyətindən, dinindən asılı olmayaraq müxtəlif xalqların dinc, yanaşı yaşadığı tolerantlıq mərkəzi olub və olmağa davam edəcək”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040
avatar

Oxşar yazılar