“Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı məsələ qapanıb”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada 2012-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, Rusiya bu məsələdə razılıq əldə edilməsinə hazır olub: “Lakin bizim azərbaycanlı dostlarımız qiymət məsələsində güzəştə getmədilər və biz də bu qiyməti ifrat yüksək saydıq. Hazırda stansiyanın bağlanması üçün hazırlıq gedir, bu proses bir neçə ay davam edəcək və azərbaycanlı həmkarlarımız bu barədə məlumatlandırılıb”.