“Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
09 iyul 2014 14:23 (UTC +04:00)

“Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Hazırda Azərbaycan prezidentinin Macarıstana səfəri və digər yüksək səviyyəli səfərlər ikitərəfli olaraq gündəmdədir.


 

 Bu barədə yaxın vaxtlarda məlumat veriləcək”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

 

V. Quliyev bildirib ki, Avropa Birliyinin digər ölkələri kimi, Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz Macarıstan parlamenti qarşısında erməni vəhşilikləri və Xocalı faciəsinin tanınması ilə bağlı iki dəfə məsələ qaldırmışıq. Təəssüf ki, bu məsələ komissiya iclasından o tərəfə getməyib. Bildiyiniz kimi, Macarıstanda erməni lobbisi güclüdür və onlar rəsmi 13 milli azlıqdan biri sayılır. Onlar bizə davamlı olaraq mane olmağa çalışsalar da, son illərdə bizim haqq işimizi, düzgün mövqeyimizi dəstəkləyənlərin sayı artmaqdadır. Macarıstan ictimaiyyəti ilə əlaqələrin inkişafı bizim üçün önəm daşıyır. Oradakı diasporumuzun da, səfirliyimizin də fəaliyyəti bu istiqamətə
yönəlib”.

Səfirin sözlərinə görə, hazırda elmi-mədəni sahədə münasibətlər daha çox inkişaf edib: “Macarıstanın ali tədris ocaqlarında mədəniyyətimizin, dilimizin və ədəbiyyatımızın təbliği istiqamətində işlər davam etdirilir. Artıq 24 macar vətəndaşı səfirliyin dəstəyi ilə Azərbaycan dilini öyrənib. Bundan başqa, Macarıstan hökuməti ilə əldə etdiyimiz razılaşmaya görə, bu ölkənin hökuməti Azərbaycandan olan 200 tələbənin müxtəlif ixtisaslar üzrə və təqaüdlə təhsil almasına vəsait ayıracaq. Bu ildən etibarən Macarıstanda təhsil alan gənclərimizin sayını daha da artıra biləcəyik”.

 

# 584
avatar

Oxşar yazılar

Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08
Prezidentdən Ramazan təbriki

Prezidentdən Ramazan təbriki

8 aprel 2024 , 17:08