Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu təsdiq edilib - <span style="color:red;">FƏRMAN
13 yanvar 2016 18:16 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu təsdiq edilib - FƏRMAN

 

Prezident Ilham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”,  “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu” təsdiq edilib.

 

Bundan başqa, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi” , “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiq edilib.

Nazirlər Kabinetinə Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib

Prezidentinə məlumat vermək tapşırılıb.

 

Həmçinin bu Fərmandan irəli gələn digər məsələləri həll etmək Nazirlər Kabinetinə də tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar