“Milli Şuranın bugünkü iclasında iştirak etməməyimizin səbəbi özümüzün də həmin vaxt iclas keçirməyimiz idi”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatının üzvü Zəfər Quliyev deyib.
Z. Quliyev bildirib ki, hərəkatın rəhbərliyi son vaxtlar baş verən hadisələri və “El” Hərəkatında olmuş Əflan İbrahimovun açıqlamaları ilə bağlı başlanmış istintaq araşdırması barədə müzakirələr aparıblar: “Biz “El” Hərəkatı ilə bağlı yaranmış problemləri müzakirə edirdik. Müzakirə mövzularından biri də “El”in Milli Şuranın fəaliyyətindəki müəyyən məsələlərdən narahatlığı və narazılığı idi. Mən bu barədə geniş danışmaq istəmirəm. Amma biz bu gün sadəcə iclasımız olduğu və “El”lə bağlı cidd məsələlər müzakirə etdiyimiz üçün Milli Şuranın iclasında iştirak etmədik”.
Z. Quliyev bildirib ki, “El” Hərəkatı yaxın günlərdə geniş açıqlama ilə çıxış etməyə hazırlaşır.