Azərbaycanın hesabına Türkiyədə istirahət edəcəklər
29 yanvar 2017 14:09 (UTC +04:00)

Azərbaycanın hesabına Türkiyədə istirahət edəcəklər

Azərbaycanın hesabına Türkiyədə istirahət edəcəklər

 

Ukraynadan olan 40 hərbçi övladı bu yay Azərbaycanın hesabına Türkiyədə istirahət edəcək.

 

Lent.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko öz "Facebook" səhifəsində yazıb.

 

O bu barədə razılığın yanvarın 28-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə keçirilən görüşdə əldə olunduğunu bildirib.

 

"Yayda anti-terror əməliyyatlarının Nikolayevskdən olan hərbçi iştirakçılarının 40 uşağı Türkiyədə istirahət edə biləcək. Bu barədə biz bu gün Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə razılığa gəldik. Bu sevgi və qayğıya görə ona təşəkkürümü bildirirəm", - deyə qubernator deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 123
avatar

Oxşar yazılar