Qazaxıstanda parlament və vilayət maslixatına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülən soydaşlarımızın bir neçəsi yerli özünüidarə orqanlarına seçiliblər.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Qazaxıstanın Manqıstau vilayətinin Aktau şəhərində Şəmsəddin Hüseynov, Karaqanda vilayətinin Temirtau şəhərində İntiqam Abışov, Qazaxıstanın Uralsk şəhərində Nəcəf Məmmədov, Qərbi Qazaxıstan vilayətində Ənvər Ağayev keçirilən seçkilərdə şəhər maslixatının üzvü seçilməklə deputat mandatını əldə ediblər.
Qeyd edək ki, maslixat Qazaxıstanda yerli özünüidarə orqanıdır.