2012-ci il üzrə illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların sayı və adı açıqlanıb.
APA-nın məlumatına görə, Azərbaycanda mövcud olan siyasi partiyalardan 31-i illik maliyyə hesabatlarını təqdim etməyib. Maliyyə hesabatı təqdim etməyənlər arasında AXCP, VHP, DADP, ALP, MMP, KXCP, VİP, Azadlıq, Yurddaş, Kommunist və digər partiyalar var.
Hesabat təqdim etməyən partiyaların tam siyahısı belədir:
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası |
Azərbaycan Xalq Demokratik Partiyası |
Milli Demokrat-İdrak Partiyası |
Azərbaycan Kəndli Partiyası |
Vətəndaş Həmrəyliyi Partiyası |
Vahid Azərbaycan Milli Birlik Partiyası |
Vahid Azərbaycan Partiyası |
Demokratik Azərbaycan Dünyası Partiyası |
Milli Qurtuluş Partiyası |
Azərbaycan Yurddaş Partiyası |
«Qorqud» Partiyası |
Azərbaycan Milli Hərəkat Partiyası |
Azərbaycan Kommunist Partiyası |
Azərbaycan Milli Dövlətçilik Partiyası |
Azərbaycan Vətənpərvərlər Partiyası |
Azərbaycan Naminə Alyans Partiyası |
Azərbaycan Demokratik Maarifçilik Partiyası |
Azərbaycan Liberal Partiyası |
Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Azərbaycan Vahid Kommunist Partiyası |
Sosial Ədalət Partiyası |
Milli Konqres Partiyası |
Azərbaycan Respublikaçılar Partiyası |
«Milli Vəhdət» Partiyası |
Müasir Müsavat Partiyası |
Azadlıq Partiyası |
Böyük Azərbaycan Partiyası |
Vətəndaş Birliyi Partiyası |
Klassik Xalq Cəbhəsi Partiyası |
Vətəndaş və İnkişaf Partiyası |
Azərbaycan Milli Demokrat Partiyası |
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara xəbərdarlıq edib.
“Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 21 noyabr 2011-ci tarixli qərarı ilə təsdiq edilib.
Qaydaya əsasən, siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.