110 yaşlı Gəncə sakini səs verdi
01 noyabr 2015 14:31 (UTC +04:00)

110 yaşlı Gəncə sakini səs verdi

0

 

Gəncə şəhərinin ən yaşlı seçicisi Milli Məclisə keçirilən seçkilərdə iştirak edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1905-ci il təvəllüdlü Zəhra Əhmədova Gəncə 38 saylı Nizami ikinci seçki dairəsinin 20 saylı seçki məntəqəsinə gələrək səs verib. Sağlamlığında ciddi problem olmayan, məntəqəyə piyada gələn Z. Əhmədova layiqli namizədə səs verdiyini deyib.

 

Məntəqə sədri Elenora  Əsgərovanın sözlərinə görə, 110 yaşlı Zəhra Əhmədova hər seçkidə məntəqəyə gəlib səs verir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar