Xankəndidəki seçki məntəqəsi bu binada yerləşəcək - YENİLƏNİB
16 dekabr 2023 17:09 (UTC +04:00)

Xankəndidəki seçki məntəqəsi bu binada yerləşəcək - YENİLƏNİB

Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Xankəndidə seçicilərin hansı binada yerləşəcək seçki məntəqəsində səs verəcəkləri məlum olub.

Lent.az APA-ya istinadla bildirir ki, seçki məntəqəsi keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Xankəndidə məhz həmin o binada seçicilər səs verəcək.

***
Saat: 16:28

“Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması ilə bağlı MSK qərar verib”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bununla əlaqədar azad edilmiş ərazilərdə məşkunlaşan və uzun müddət tikinti quruculuq işləri ilə məşğul olan insanalrın səsvermə hüququnun təmin edilməsi ilə bağlı yeni seçki məntəqələri yaradılacaq. Yeni məntəqələrin sırasında Xankəndidə yaradılan seçki məntəqəsi də var.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, Tərtərdə, Suqovuşada yeni məntəqələrin yaradılması gözlənilirdi: “Amma antiterror əməliyyatları nəticəsində Xankəndidə, Xocalıda və Əsgəranda yeni seçki məntəqələri yaradılacaq. Bunu sözlə izah etmək mümkün deyil. Əsgəran məsələsi bunların hamısından birincidir. Qarabağla bağlı məsələlər həddindən artıq qlobal əhəmiyyət kəsb edir".

Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4864

Oxşar yazılar