Vahid Əhmədov bu dairədən  NAMİZƏD OLDU
17 iyul 2024 15:53 (UTC +04:00)

Vahid Əhmədov bu dairədən NAMİZƏD OLDU

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Lent.az-a açıqlama verən Vahid Əhmədov 59 sayılı Quba seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib:

"Artıq namizədliyimi irəli sürmüşəm. Öz dairəmdən - 59 sayılı Quba seçki dairəsindən. İmza vərəqələrini də götürmüşük". 

Qeyd edək ki, YAP 59 saylı Quba seçki dairəsindən Məhərrəmzadə Əlibala Səttar oğlunun namizədliyini irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041
avatar

Fidan İlqar

Oxşar yazılar