Ukraynalı siyasətçi: Azərbaycan rəhbərliyi parlaq oyun nümayiş etdirir 
26 aprel 2023 23:17 (UTC +04:00)

Ukraynalı siyasətçi: Azərbaycan rəhbərliyi parlaq oyun nümayiş etdirir 

Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq, səviyyəli, uzunmüddətli oyun nümayiş etdirir.

Lent.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini təsis etməsi ilə bağlı “Facebook"da paylaşımında bildirib.

"Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarətə götürdü.

İki il yarım əvvəl atəşkəsdən sonra azərbaycanlıların çoxu mənəvi tənəzzülə uğrayanda: “...döyüşmədilər, yetərincə almadılar” deyəndə mən bildirdim: 
- Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb

Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir.

Buna ancaq qibtə etmək olar”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar