Fahrettin Altun, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri
11 aprel 2021 14:47 (UTC +04:00)

Fahrettin Altun, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri

Türkiyədən dünyaya mesaj

“Bu torpaqların əsl sahibi olan Azərbaycan torpaqlarını işğaldan azad etdi”.

APA-nın məlumatına görə, bunu Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun bildirib.

Fahrettin Altun deyib ki, 1 milyon azərbaycanlı bu torpaqlara geri qayıdacaq: “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb: “Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3952

Oxşar yazılar

Tramp  fırıldaqçı kimi   davranır – ABŞ  Ukraynanın qanından   necə pul qazanmaq istəyir?

Tramp fırıldaqçı kimi davranır – ABŞ Ukraynanın qanından necə pul qazanmaq istəyir?

2 aprel 2025 , 19:20
Ordumuzun mövqeləri  atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

2 aprel 2025 , 17:32
Ştaynmayer Şəhidlər Xiyabanında

Ştaynmayer Şəhidlər Xiyabanında

2 aprel 2025 , 10:35
Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29