Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, danışıqlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışki və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns iştirak edib.
Əldə edilən məlumatlara görə, danışıqlar zamanı Berns rusiyalı həmkarına nüvə silahından istifadə etməməyi xəbərdarlıq edib.
Görüş zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bu görüşün sülh görüşü olmadığını deyib. O qeyd edib ki, Ukrayna bu görüşdə iştirak etməsə hər hansı bir sülhün baş tutmayacağı bildirib.
Qeyd edək ki, görüşdə son zamanlar Rusiyanın nüvə silahı təhlükəsini gücləndirməsi qərb ölkələrini narahat etdiyi diqqətə çatdırılıb.