Qətl və vətəndaş müharibəsinə çağırış - AXCP-çilərin ŞOK SƏS YAZISI YAYILDI
18 mart 2025 13:18 (UTC +04:00)

Qətl və vətəndaş müharibəsinə çağırış - AXCP-çilərin ŞOK SƏS YAZISI YAYILDI

Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək istəyən AXCP üzvlərinin səs yazısı yayılıb.

Lent.az xəbər verir ki, bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri - Zaur Əsgərov və Gündüz Mirzəyev sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirərək, geniş əhali kütlələri bu kimi fəaliyyətlərə təşviq etmələrinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Məhkəmə bu şəxslərin barəsində həbs qətimkan tədbiri seçib. 

Zaur Əsgərovun və Gündüz Mirzəyevin cinayət əməllərini sübut edən dəlillər açıq-aşkar olsa da, AXCP sədri Əli Kərimli və partiyanın digər üzvləri ənənəvi qaydada bu həbslərin guya "siyasi" xarakterli olmasına dair iddialar səsləndiriblər. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri - Zaur Əsgərovun və Gündüz Mirzəyevin zorakılığa çağırışlarla bağlı səs yazılarını təqdim edirik: 

Baxın və eşidin. Yenə də cəbhəçilər, yenə də riyakar Əli Kərimli öz mənfi niyyətlərini biruzə verdilər. Bu adamlar öz maraqları naminə zorakılığı, iştişaşları və xaosu dəstəkləyirlər.

Faktlardan görünür ki, AXCP hakimiyyətə demokratik yollarla deyil, qan tökmək, iğtişaş yaratmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaqla, inqilab etməklə gəlmək istəyir.

Lakin bu mümkün olmayacaq. Çünki bu gün Azərbaycanda ictimai-siyasi sabitlikdir və ölkəmizdə qanunun aliliyi hökm sürür. Bu gün  Azərbaycan 90-cı illərin xaosunu yaşamır. Azərbaycanın nizami ordusu və hər daim asayişin keşiyində duran güc strukturları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980

Oxşar yazılar