Qarabağdakı "Qızılbulaq" və "Dəmirli"  yataqlarının istismarı dayandırıldı
28 dekabr 2022 20:57 (UTC +04:00)

Qarabağdakı "Qızılbulaq" və "Dəmirli" yataqlarının istismarı dayandırıldı

Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini dayandırdığını açıqlayıb.

APA xəbər verir ki, şirkətin yaydığı məlumatda azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyi bildirilib.

Qeyd olunub ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base Metals” şirkəti ermənilərin “Vallex Group” konqlomeratının törəməsidir və Xankəndidəki qondarma “hökumətin” əsas “vergi” ödəyicilərindən biridir. Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildən Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarını həyata keçirib.

“Vallex Group”a isə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın şəxsən “vətənə xidmətə görə” medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Mezhlumyan sədrlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Oxşar yazılar