Prezidentliyə namizəd Elşad Musayev  səs verib
07 fevral 2024 12:10 (UTC +04:00)

Prezidentliyə namizəd Elşad Musayev səs verib

Prezidentliyə namizəd Elşad Musayev növbədənkənar prezident seçkilərində səs verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, o, 19 saylı Nərimanov l seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bu məntəqənin seçici siyahısında 1367 nəfərin adı var.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

# 3543
avatar

Arzu Qurbanlı

Oxşar yazılar