Prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
07 fevral 2024 22:21 (UTC +04:00)

Prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Lent.az-ın xəbərinə görə, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 83.36 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80 % olub.

Qeyd edək ki, respublika üzrə 4971032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.

# 4236
avatar

Oxşar yazılar