Paşinyan Qarabağ məsələsinə görə dindirildi
18 noyabr 2022 14:45 (UTC +04:00)

Paşinyan Qarabağ məsələsinə görə dindirildi

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Dağlıq Qarabağda gedən müharibə zamanı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə şahid qismində ölkənin İstintaq Komitəsində dindirilib. 

"Bu cinayət işi çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib", - Lent.az xarici mediaya istinadla bildirir  ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Cinayət işi 2022-ci ilin mayında araşdırılmağa başlayıb, ölən erməni əsgərlərin ailələri dəfələrlə Paşinyanın dindirilməsini istəyiblər.


 

# 2577
avatar

Oxşar yazılar