Müdafiə Nazirliyi Rusiya MN-ə cavab verdi
25 noyabr 2022 00:23 (UTC +04:00)

Müdafiə Nazirliyi Rusiya MN-ə cavab verdi

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilmişdir.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.

Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.

Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.

Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.

Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq.

# 1620
avatar

Oxşar yazılar

Azərbaycanın İrandakı səfiri yaralıların vəziyyətini açıqladı - VİDEO

Azərbaycanın İrandakı səfiri yaralıların vəziyyətini açıqladı - VİDEO

27 yanvar 2023 , 23:56
Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verdi

Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verdi

27 yanvar 2023 , 20:44
QMİ-dən BƏYANAT:  "Səfirliyimizə hücum terror aktıdır"

QMİ-dən BƏYANAT: "Səfirliyimizə hücum terror aktıdır"

27 yanvar 2023 , 18:26
"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

27 yanvar 2023 , 17:07
İran terror dövləti olduğunu bir daha sübut etdi:  Sonu virandır

İran terror dövləti olduğunu bir daha sübut etdi: Sonu virandır

27 yanvar 2023 , 15:37
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

27 yanvar 2023 , 15:06
“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

27 yanvar 2023 , 14:21
İrandakı səfirliyimizin əməkdaşları  təxliyə edilir

İrandakı səfirliyimizin əməkdaşları təxliyə edilir

27 yanvar 2023 , 13:12