Lukaşenko yoxa çıxdı?   Rəsmi səfərə getdi, 4 gündür xəbər yoxdur  -  YENİLƏNİB
02 dekabr 2025 15:28 (UTC +04:00)

Lukaşenko yoxa çıxdı? Rəsmi səfərə getdi, 4 gündür xəbər yoxdur - YENİLƏNİB

0

Belarus prezidenti Aleksandr Lukaşenko Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

Lent.az bildirir ki, bu barədə BELTA məlumat yayıb.

Bu, iki ölkə arasında münasibətlər tarixində ilk yüksək səviyyəli səfərdir.

***

15:03

Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 28-də Omana səfəri dörd gün uzadılıb, lakin səfər həm Belarus, həm də Omandakı rəsmi qeydlərdən qəfil itib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Lukaşenkonun administrasiyası baş verənlərlə bağlı heç bir açıqlama verməsə də, ölkədə onun yoxa çıxması barədə şayiələr yayılmağa başlayıb.

Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 28-də Omana səfəri planlaşdırılan müddətdən dörd gün uzadılıb. Lakin səfərlə bağlı yeni məlumat yayılmayıb. Belarus mənbələri səfərin həm Belarus, həm də Omanın rəsmi açıqlamalarından qəfildən silindiyini bildiriblər. Lukaşenkonun ofisi də daxil olmaqla heç bir rəsmi qurum sükutu pozmayıb.

Qəfil informasiya kəsilməsi Belarusda və sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər "Lukaşenko ölüb?" sualını gündəmə gətiriblər. Digərləri isə Omanın Belarus liderini saxladığını iddia ediblər. Lakin müxalifət media orqanları "Lukaşenko itkin düşüb" kimi başlıqlar yayımlayıblar.

Lukaşenkonun Omana gəlişi ilə bağlı digər diqqət çəkən detal, adətən dövlət başçısı üçün ayrılmış yüksək səviyyəli protokolun olmamasıdır. Bildirilirib ki, Lukaşenkonu dövlət başçısı kimi deyil, "işçi nümayəndə heyətinin üzvü" kimi qarşılayıblar. Birləşmiş keçid kabinetinin sədr müavini və Belarus müxalifətinin görkəmli simalarından biri olan Pavel Latuşka özünün X hesabında səfərin "nə dövlət, nə də rəsmi səfər" meyarlarına cavab verdiyini bildirib. O, Oman protokolunda fəxri qarovul dəstəsinin, yüksək səviyyəli qarşılama nümayəndə heyətinin və səfərdən gözlənilən digər təntənəli elementlərin olmadığını vurğulayaraq vəziyyəti "absurd" adlandırıb.

Hər iki ölkənin davam edən susqunluğu "Bu səfər nə idi? Niyə uzadıldı? Lukaşenko haradadır?" suallarının cavablarını gecikdirir.

Belarus dövlət mediası səfər başlamazdan əvvəl onu "işgüzar səfər" elan edib. Planlaşdırılan gündəliyə Lukaşenkonun Oman sultanı Heytəm bin Tariq əl-Səidlə görüşü və son illərdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi ilə bağlı ətraflı müzakirələr daxil idi. Açıqlamalarda 2024-cü il əlaqələri və Sultan Heysəmin 2025-ci ilin oktyabrında Minskə səfəri zamanı imzalanan "Yol Xəritəsi"nə istinad edilirdi.

Lukaşenkonun təyyarəsi noyabrın 28-i axşamı Maskatda eniş edib və onu Oman İnvestisiya İdarəsinin sədri Əbdülsəlam əl-Mürşidi qarşılayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar