Belarus prezidenti Aleksandr Lukaşenkonun ölümündən sonra ölkədəki vəziyyətin necə olacağı ekspertlərin diqqət mərkəzinə düşüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Belarus liderinin ağır xəstə olduğu bildirilir. Onun hətta bir həftə ekranlardan görünmədiyi deyilir.
Ekspertlərin fikrincə, Lukaşenkodan sonra Belarusda sürətli siyasi dəyişikliklər baş verəcək.
Onlar bildirir ki, Rusiya Belarusda baş verənlərə müdaxilə edə bilməyəcək. Belarus öz yolu ilə gedib, demokratik bir cəmiyyət quracaq.