Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Lent.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus beş maşını Xankəndindən Laçın istiqamətinə keçidinə şərait yaradılıb.