Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
Lent.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda aksiya iştirakçılarında əhval-ruhiyyə yüksək səviyyədir. Milli musiqilər ifa edilir, aksiya iştirakçıları rəqs edirlər.
Qeyd edək ki, aksiya dekabrın 12-dən davam edir.