Azərbaycanın xəbərdarlıqlarına baxmadan Ermənistan tərəfi imza atılan sənədlərə riayət etməyib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
“Azərbaycan tərəfinin çoxsaylı təklifləri cənab Prezident tərəfindən edilməkdədir. Hansı ki bunlardan biri də Laçın yolu üzərində şəffaf rejimin təmin edilməsidir. Amma Ermənistan tərəfi paralel nəzarət təklifindən imtina edib. Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf nəzarətin təmin edilməsi məqsədilə 23 apreldə Azərbaycan tərəfi nəzarət buraxılış funksiyasını yerinə yetirmək üçün müvafiq addımlar atmışdır. Bəyanata əsasən, Laçın yolu 3 istiqamət üzrə istifadə edilə bilər: vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün”, - nazir deyib.