Ermənilər Kəlbəcər və Ağdamı  atəşə tutdu
02 iyun 2023 19:53 (UTC +04:00)

Ermənilər Kəlbəcər və Ağdamı atəşə tutdu

İyunun 2-si saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bundan başqa, saat 18 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Oxşar yazılar