Mayın 12-si saat 18 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.
Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Bölmələrimiz itki verməyib”, - məlumatda bildirilir.