"Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidir" - Zaxarova
09 noyabr 2023 15:14 (UTC +04:00)

"Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidir" - Zaxarova

İrəvanın təşəbbüsü bir çox cəhətdən baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində artıq müzakirə edilmiş layihələrlə uzlaşır.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması prosesi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm rol oynayır və Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.

Zaxarova Üçtərəfli İşçi qrupun 12 iclasının keçirildiyini xatırladıb. Qeyd edib ki, regionun logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmiryolu və avtomobil yolu kommunikasiya layihələrinin optimal variantı seçilməsi ilə bağlı ilə bağlı nəhəng iş görülüb.

"Tərəflər üçün faydalı olacaq paket həllinə çox yaxınlaşmağa nail olunub. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Kimlərdəsə bunu etmək üçün siyasi iradə çatışmır və bu, biz deyilik. Əvvəlki kimi biz regionda nəqliyyat kommunikasiyalarının açılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Rusiyanın region nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara əsasın kömək etməyə hazır olduğunu söyləyib: "Həmin bəyanatlarda Rusiyanın rolu dəqiq yazılıb. O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir", - deyə Rusiya XİN rəsmi nümayəndəsi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9258
avatar

Oxşar yazılar