Avropanın təhlükəsizlik strategiyasında Azərbaycanın artan rolu
22 may 2026 14:30 (UTC +04:00)

Avropanın təhlükəsizlik strategiyasında Azərbaycanın artan rolu

0

Xəbər verdiyimiz kimi, mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.

İclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar.

Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.

Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar.

Həmçinin, formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir.

Son müzakirələr onu deməyə əsas verir ki, Azərbaycanla Aİ arasında yeni gündəlik formalaşır.

Azərbaycan Prezidentinin Tirana və Kopenhagenə səfərləri, Aİ Şurasının prezidenti Koşta və Aİ-nin ali nümayəndəsi Kallasla görüşləri, təmasların intensivləşməsi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlara səbəb olub. 

Formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması - ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir.

Aİ Azərbaycanın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində artan rolunu təbii ki, görür. Məhz buna görə də Azərbaycanı regional bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş hesab edir.

Lakin bəzi Avropa ölkələri bu prosesə mane olmağa çalışırlar. 

Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, bu gün Avropa İttifaqı və onun əsas enerji təchizatçısı və coğrafi baxımdan bitişik olan mənbələr arasında vəziyyət gərginləşir:

“Avropa İttifaqı yarandığı gündən bəri öz təhlükəsizliyinin ən kiritik mərhələsindən keçir. Bu, həm iqtisadi, həm enerji, həm hərbi-siyasi təhlükəsizlik kontekstində aktualdır. Nəzərə almaq lazımdır ki, bu gün Avropa İttifaqı və onun əsas enerji təchizatçısı və coğrafi baxımdan bitişik olan mənbələr arasında vəziyyət gərginləşir. Bunun nəticəsində də Avropa İttifaqına üzv olan ölkələr daha çox enerji təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyurlar. Burada isə önə çıxan ilk ölkə Azərbaycandır. Çünki Azərbaycan bu təhlükəsizliyin təmin olunması üçün vaxtında qərarlar qəbul etmiş və müvafiq təhlükəsizlik kommunikasiyası yaratmış ölkədir. Belə olan halda Avropa İttifaqının strateji mövqeyi və mənafeyi münasibətlərin dərinləşməsi istiqamətindədir. Ancaq biz bəzən Avropa İttifaqı haqqında danışanda, Avropanı demokratiyanın beşiyi, insan hüquqları, dəyərlərin qoruyucusu kimi təsəvvür edirik, əslində isə Avropa İttifaqı kollektiv maraqlardan çıxış edən imperiyadır. Ona görə də məhz iqtisadi və milli təhlükəsizlik məsələləri Aİ-nin bu neoimperialist maraqları kontekstində zərər görür.

Aİ-yə üzv olan bəzi ölkələrin Azərbaycana qarşı aqressiv davranmaqla digər üzvlərə və onların manefelərinə zərər vurduqlarını görürük. Məsələn, Fransanın davranışları, şübhəsiz ki, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə o qədər də müsbət təsir göstərmir. Yaxud Fransa və Belçikanın təkidi ilə Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqının imissiyasının yerləşdirilməsi də digər üzvlərin mənafelərinə ziddir.

Bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yenidən obyektiv və ortaq maraqlar kontekstində nəzərdən keçirilməsini zəruri edir. Mənim fikrimcə, hazırkı mərhələdə bu baş verir və Aİ bu kontekstdə Azərbaycanın mövqeyini və maraqlarını nəzərə alarsa, daha məqbul və səmərəli münasibətlər qurmaq mümkün olacaq”.

Yekun olaraq bir daha qeyd edək ki, Aİ onun təhlükəsizlik strategiyasında Azərbaycanın artan rolunu görür və buna görə də belə cəhdlər heç bir səmərə verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 730

Oxşar yazılar