Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Lent.az xəbər verir ki, APA -nın Şuşaya ezam olunan müxbirinin verdiyi məlumata görə, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 8 ədəd təminat avtomobili keçib.
Aksiya iştirakçıları bir daha sübut edib ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.