Xankəndi-Laçın yolunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən aksiyada avtomobillərin sərbəst keçidi davam edir.
Lent.az APA-ya istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.