Ağır xəstə olan 3 erməninin Xankəndidən Ermənistana aparılmasına şərait yaradıldı
28 dekabr 2022 09:44 (UTC +04:00)

Ağır xəstə olan 3 erməninin Xankəndidən Ermənistana aparılmasına şərait yaradıldı

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Lent.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciəti əsasında 08:47-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 3 ədəd Toyota Land Cruiser markalı avtomobil aksiya yerindən keçərək Xankəndidən Laçına doğru hərəkət edib. Avtomobillərdən birində Ermənistana təxliyə edilən 3 nəfər erməni ağır xəstə olub. 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Oxşar yazılar