Hulusi Akar Sergey Şoyqu ilə Qarabağ münaqişəsini müzakirə edib
12 oktyabr 2020 17:07 (UTC +04:00)

Hulusi Akar Sergey Şoyqu ilə Qarabağ münaqişəsini müzakirə edib

Türkiyənin Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

APA-nın Türkiyənin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Hulusi Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.

H. Akar bildirib ki, atəşkəsə baxmayaraq, mülki əhaliyə və obyektlərə hücum edən Ermənistan buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalıdır: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq".

Telefon danışığı zamanı İdlib və Liviya başda olmaqla müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi də aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar