Türkiyədə keçirilən forum başa çatıb
Avqustun 7-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forumun “Azərbaycan diaspor təşkilatlarının insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əməkdaşlığı” mövzusunda IV panel iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən komitə sədri Nazim İbrahimov bildirib ki, Azərbaycanın xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prioritet istiqamətlərindən biri də soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Bu sahədə ötən müddət ərzində müəyyən işlər görüldünü qeyd edən N. İbrahimov dünyanın bir sıra ölkələrində azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan hüquq-müdafiə mərkəzləri fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Təşkilatının rəhbəri İlqar Hacıyev çıxışında təşkilatın hüquq-müdafiə mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib. O, azərbaycanlıların hüquqlarının qorunması, soydaşlarımıza hüquqi yardımların göstərilməsi sahəsində görülən işlər, təşkilatın Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri barədə də danışıb. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov çıxışı zamanı qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor quruculuğu işində daha fəal şəkildə iştirak etməsi vacibdir. Çukurova Universitetinin professoru, Azərbaycanın əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən danışıb. O, xüsusilə bəzi təriqətlərin azərbaycanlı tələbələrə öz maraqlarına uyğun şəkildə təsir etməyə çalışdığını və bundan narahatlığını dilə gətirib. Gürcüstanda Etnik Azərbaycanlıların İctimai Maraqlarının Müdafiəsi Koalisiyasının rəhbəri Zaira Musayeva Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində mövcud vəziyyət haqqında məlumat verib.
IV panel iclası başa çatdıqdan sonra forumun yekun toplantısı keçirilib. Nazim İbrahimov müzakirələrdə fəal iştirak etdiklərinə görə bütün forum iştirakçılarına öz təşəkkürünü bildirib. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, burada səslənən bütün təkliflərin qeydə alındığını, onların hər birinin araşdırılacağını bildirib.
Sonra forum iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə forum iştirakçılarının Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığı öz əksini tapıb.
Qeyd edək ki, bununla da forum öz işini başa çatdırıb.

647