Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərarası avtomobil yolu açıldı
İyulun 31-də Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
dövlət başçısı əvvəlcə yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı yolu 14 yaşayış massivinin 24 min sakininin yol probleminin həllinə böyük təsir göstərəcək. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.
Diqqətə çatdırılıb ki, dördüncü dərəcəli avtomobil yolunun eni səkkiz metrdir. Ərazidən asılı olaraq yolun 5.2–6 metrini asfalt örtüyü, iki metrini isə çiyin hissələri təşkil edir. Avtomobillərin sürət həddinin saatda 50-100 kilometr müəyyənləşdirildiyi yolda 32 su keçidi, 3 körpü sistemli suötürücü qurulub. Yolun əsası karxana materialı ilə tikilib.
Yola 90 min kvadratmetr həcmində iki qatdan ibarət asfalt döşənib. Müasir standartlar səviyyəsində inşa olunan yol ilin istənilən fəslində avtomobillərin və piyadaların maneəsiz hərəkətinə imkan yaradacaq.
Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunda sakinlərlə görüşüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Prezident İlham Əliyev yeni yolun açılışı münasibətilə sakinləri təbrik edib, tapşırıq və tövsiyələrini verib.

743