Prezident İlham Əliyev Lənkərandadır - YENİLƏNİB-2
31 iyul 2012 12:25 (UTC +04:00)

Prezident İlham Əliyev Lənkərandadır - YENİLƏNİB-2

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır. Ümumi sahəsi dörd hektar olan parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb. Heydər Əliyev xatirə parkında asudə vaxtın səmərəli keçirilməsi və mənalı istirahət üçün hər cür şərait var.

Lənkərana səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev iyulun 31-də Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. Yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi 3 min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənib.

Mərkəzdə həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, virtual sinif var. Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılıb. Zallar müasir akustika sistemləri ilə təchiz olunub.

Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaq. Burada geniş abadlıq-quruculuq işləri görüləcək. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaq.

Prezident İlham Əliyev Gənclər Mərkəzinin təməlini qoyub. Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib. Azərbaycan Prezidentinə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə də məlumat verilib. Bildirilib ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil var. Onlardan beşi bir otaqlı, beşi iki otaqlı, 49-u üç otaqlı, 29-u dörd otaqlı, 45-i isə beş otaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar sahə ayrılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş iki metr hündürlüyündəki postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Burada, həmçinin Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılıb.

Prezident İlham Əliyev həmçinin Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq otel kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib. Dövlət başçısı otel kompleksinin baş planını əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, 4,7 hektar ərazidə tikiləcək otelin 114 nömrəlik yeddimərtəbəli binasından əlavə, beşi VİP olmaqla 22 kottec inşa ediləcək. Burada, həmçinin disko-klub, uşaq əyləncə kompleksi, 40 yerlik avtodayanacaq, 80 yerlik kafe, 300 yerlik konfrans zalı, 1400 kvadratmetrlik hovuz, park, idman meydançaları və s. yaradılacaq. Kompleksin təməlini qoyan dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar