Bu il Milli Məclisdə 128 qanun və qərar layihəsi qəbul edilib
Bu gün Milli Məclisin parlamentin 2012-ci il yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş Milli Məclis (MM) rəhbərliyinin ənənəvi mətbuat konfransı keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, mətbuat konfransında vitse-spiker, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin müvafiq komitələrinin sədrləri və akkreditə olunmuş parlament jurnalistləri iştirak ediblər.
Bahar Muradova yaz və növbədənkənar sessiyaların yekunlarına toxunaraq, hər iki sessiyanın uğurlu və səmərəli başa çatdığını dilə gətirib. Onun sözlərinə görə, yaz sessiyasında 11 iclas keçirilib, 85 qanun və qərar layihəsi qəbul olunub, növbədənkənar sessiyada isə 2 iclas olub, 43 qanun və qərar layihəsi qəbul edilib. Ümumilikdə, hər iki sessiyada 13 iclas keçirilib, 128 qanun və qərar layihəsi qəbul edilib: “ Bu müddətdə Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə səfərlərdə olub, səfərlər zamanı onlarla faydalı müzakirələr aparıblar. Azərbaycan parlamentariləri həmçinin, ATƏT PA-nın, AŞPA-nın, NATO PA-nın, MDB PA-nın və digər qurumların sessiyalarında yaxından iştirak ediblər”.

612