APA Holdingin Lent.az və kulis. az-dakı problemlə bağlı açıqlaması
“APA Holding”in tərkibində fəaliyyət göstərən Lent. az İnformasiya Agentliyinə və kulis.az online dərgisinə məxsus saytlarda texniki problemlər yaranıb.
Holdinqin informasiya texnologiyaları departamentinin məlumatına görə, problem saytların Almaniyada müvəqqəti yerləşdirildiyi data mərkəzdə baş verib. Data mərkəzdə yaranmış texniki problem nəticəsində saytların yerləşdirildiyi serverin yaddaş diskləri sıradan çıxıb və saytlara daxil olmaqda problem yaranıb.
Hazırda problem aradan qaldırılıb. Saytlarda məlumat yenilənməsi aparıldıqdan sonra yaxın saatlarda lent. az və kulis. az oxucuları bu mənbələrdən məlumat ala biləcəklər.
APA Holding baş vermiş problemə görə, oxucularından üzr istəyir və təəssüfünü ifadə edir.
Qeyd edək ki, lent.az saytı 2008-ci ildə fəaliyyətə başlayıb. Google Analytics şirkətinin məlumatına görə, saytın gündəlik ziyarətçi sayı 67000-75 000 arasında dəyişir. Oxunan səhifə sayı isə 400 000-500 000 civarında olur.
Kulis.az internet dərgisi 2011-ci ildə yaranıb. Google Analytics şirkətinin məlumatına görə, saytın gündəlik ziyarətçi sayı 10-15 min, oxunan səhifə sayı isə 35-40 min arasında dəyişir.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08