Nyu-Yorkda mühüm görüş
ABŞ dövlət katibinin köməkçisi Bill Börns bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Bill Börns ilk əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, daha sonra Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla ayrı-ayrılıqda görüşəcək. Görüş media nümayəndələri üçün qapalı keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas müzakirə mövzusu olacağı gözlənilir.
Qeyd edək ki, Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. XİN başçısı sessiya çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. XİN başçısı sessiya çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
526