Səməd Seydov Hindistan Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb - FOTO
23 sentyabr 2011 18:22 (UTC +04:00)

Səməd Seydov Hindistan Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb - FOTO

Hindi dilini öyrənən tələbələrlə görüş keçirilib


Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinqi qəbul edib.

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou, Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyev, ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev, ADU-nun Hind dili kafedrasının müdiri Mukeş Qarji iştirak ediblər.

Səməd Seyidov ADU-da Hindi Dili Mərkəzinin fəaliyyət göstərdiyini və tələbələrə hind dili öyrənmək üçün şərait yaradıldığını nəzərə çatdırıb. O, hindi dilini tədris etmək üçün professor Mukeş Qarjini Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə Hindistanın Azərbaycandakı səfiri Debnat Şouya təşəkkürünü çatdırıb.

Sanjay Sinq də ADU-da Hindi Dili Mərkəzinin fəaliyyət göstərdiyindən şad olduğunu söyləyib. Daha sonra qonaqlar universitetin İnformasiya Resurs Kompleksi (İRK) və hind dilini öyrənən tələbələrlə görüşüblər.

Qeyd edək ki, 2010-cu ilin oktyabrından ADU-da Hind Dili Mərkəzi fəaliyyətə başlayıb. ADU-da ilk dəfə olaraq 2010-2011-ci tədris ilindən Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Hindistanşünaslıq ixtisası açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar