Prezident İlham Əliyev Xaçmazda bir sıra obyektlərə baş çəkib
Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev prezident İlham Əliyevə məlumat verib ki, respublikamızda bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır.
Bildirilib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında aparılan işlər müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər var. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilib. Xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunub.
Qeyd olunub ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanıb. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaq. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır.
Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə də tanış olub.
Bildirilib ki, Xaçmazda 2005-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzində 2010-cu ildə əsaslı bərpa və yenidənqurma işləri aparılıb. Binanın dam hissəsi günbəz formasında yenidən inşa edilib, pəncərələri şəbəkə üslubunda düzəldilib. Mərkəz bir zaldan, 6 guşədən və 3 əlavə otaqdan ibarətdir. Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanıb.
Prezident İlham Əliyev Xaçmazda görülmüş işləri, rayonun görməli yerlərini əks etdirən şəkillərdən ibarət alboma baxıb.

725