Hərbçilərimizin iştirakı ilə keçiriləcək tədbirlərin siyahısı açıqlanıb
15 sentyabr 2011 10:44 (UTC +04:00)

Hərbçilərimizin iştirakı ilə keçiriləcək tədbirlərin siyahısı açıqlanıb

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ilin sonuna qədər ölkə hərbçilərinin iştirakı ilə keçiriləcək tədbirlərin siyahısını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 18-25-də Gürcüstanın paytaxtı Tiflis şəhərində “Eternity-2011” kompüter dəstəkli komanda-qərargah təlimi, 19-23-də Bonn şəhərində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən hərbi hüquq üzrə ekspert danışıqları, ayın 19-23-də ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Azərbaycan-ABŞ iş planına əsasən Hərbi Dəniz Qüvvələrinin mühəndisliyə dəstək bölməsinin təlimi, ayın 19-dan 30-na qədər Türkiyənin İzmir şəhərində hava əməliyyatı üzrə terminologiya kursu, ayın 20-22-də Qatarın Doha şəhərində “Yırtıcı Şahin-3” təliminin ikinci koordinasiya toplantısı, sentyabrın 23-dən dekabrın 16-na qədər Qarmis-Partenkirxendə C. Marşal Mərkəzinin ali təhlükəsizlik üzrə kursu, sentyabrın 25-30-da Londonda Silahlara nəzarət üzrə təlim inspeksiyaları, sentyabrın 26-29-da Çernoqoriyanın Niksic şəhərində NATO qiymətləndirməsi, (NEL 1), sentyabrın 27-28-də Qamis-Partenkirxendə C. Marşal Mərkəzinin terrorizmlə mübarizə işçi qrupunun növbəti görüşü, sentyabrın 27-29-da Munster/Bergendə quru qoşunları bölmələrində informasiya toplantısı, sentyabrın 27-30-da BƏƏ-nin Dubay şəhərində informasiya texnologiyaları üzrə konfrans, sentyabrın 28-dən oktyabrın 5-nə qədər Brüssel və Monsda tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bu tədbirlərin hamısında iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar