Ermənistan ÜST-nin Bakıda keçiriləcək sessiyasında iştirakdan imtina edib
Lent.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iştirakçılar arasında Ermənistan nümayəndələrinin adının olsa da, onlar tədbirdə iştirak etmədiklərini bildirib.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun 61-ci sessiyası öz işinə başlayıb. Sessiyada 53 ölkədən olan 350-dən çox nümayəndə iştirak edir. Tədbir zamanı sosial səhiyyəyə aid bir çox məsələlərin müzakirəsi gözlənilir. Bundan başqa ÜST-lə Azərbaycan arasında əməkdaşlığa dair sazişin də imzalanacağı gözlənilir.
Sessiya ayın 15-ə qədər davam edəcək.

666