Azərbaycan, Ermənistan və Gürcüstanda doğuşdan əvvəl uşaqların cinsinin müəyyənləşməsi prosesi narahatlıq doğurur
Bir sıra Avropa Şurası ölkələrində, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan və Albaniyada doğumdan əvvəl uşağın cinsinin seçilməsi narahatlıq doğuracaq həddə çatıb. APA-nın məlumatına görə, bu barədə AŞPA-nın bərabər imkanlar komitəsinin hesabatında bildirilir.
Hesabata əsasən, Azərbaycan, Ermənistan və Albaniyada oğlan və qızların nisbəti 112/100, Gürcüstanda isə 111/100 təşkil edir. Dünyada qeyd olunan nisbət orta hesabla 105/100-dür. İsveçrəli deputat Doris Stamp hazırladığı hesabatda bu dörd ölkədə nisbətin pozulmasının səbəblərini araşdırmağa və qadının cəmiyyətdə rolunun artırmağa çağırıb.
Hesabatda qeyd olunur ki, doğumdan əvvəl uşağın cinsinin müəyyən olunmasına yalnız cinsi irsi xəstəliklərdən qaçmaq məqsədilə can atmaq olar.
Bu mövzu ilə bağlı qətnamə AŞPA-nın 3-7 oktyabrda keçiriləcək plenar sessiyasında səsverməyə çıxarılacaq.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07