Elmar Məmmədyarov 13 ölkənin təmsilçiləri ilə görüşüb
Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Serbiyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikası, Livan, Mali, Qana, Kamboca, Şri Lanka, Seyşel adaları, Cənubi Afrika Respublikası, Nigeriya, Konqo Demokratik Respublikası, Anqola, Myanma və Bruneyin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları ilə ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşlər zamanı bu ölkələrlə ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Elmar Məmmədyarov Serbiyanın baş naziri Mirko Çvetkoviç ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Tərəflər arasında iqtisadiyyat, ticarət, investisiya, energetika, turizm və hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə Hökumətlərarası Komissiyanın iclasına hazırlıq məsələləri ətrafında də fikir mübadiləsi aparılıb.

432