Qənirə Paşayeva: “Azərbaycan bayrağını Qarabağımızda yenidən qaldıracağıq” - FOTO
06 sentyabr 2011 17:33 (UTC +04:00)

Qənirə Paşayeva: “Azərbaycan bayrağını Qarabağımızda yenidən qaldıracağıq” - FOTO

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbulun Qazi Osmanpaşa Bələdiyyəsinin rəhbərliyi ilə görüşüb.

Lent.az-ın verdiyi məlumata görə, Qazi Osmanpaşa Bələdiyyəsinin rəhbərliyi gələcək planları barədə danışıb, Azərbaycan bələdiyyələri ilə yaxın işbirliyi qurmaq istədiklərini bildirib.

Qənirə Paşayeva Məclisdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə Qazi Osmanpaşanın “qardaşlaşmış bələdiyyə” olması üçün çalışacağını vəd edib. Sonra bələdiyyənin təşkil etdiyi bayram tədbirində çıxış edən Qənirə Paşayeva Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tarixi kəlamlarını xatırladıb. O qeyd edib ki, bir millət vəkili, iki qardaş ölkə arasındakı bugünkü və gələcək münasibətlər də məhz bu istiqamətdə davam edəcək.

Millət vəkili öz çıxışında müstəqilliklərinin 20 illiyini qeyd edən türksoylu ölkələrlə işbirliyinin bugünü və sabahı, ölkəmizin tarixi, Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib. Millət vəkili Azərbaycanın bir qarış da torpaqlarından vaz keçməyəcəyini və hansı yolla olursa-olsun, azad edəcəyini deyib: “Azərbaycan bayrağını sizinlə birgə Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda yenidən qaldıracağıq”.

Qənirə Paşayeva çıxışında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Türkiyənin cənub-şərq bölgəsində xalqlarımızın məruz qaldığı separatizm bəlaları və terror aktlarının acı nəticələrindən söz açıb. O bildirib ki, hansı işdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq Azərbaycan və Türkiyə vətəndaşlarının bir-birinin haqq işinə dəstək verməsi, dərdinə şərik olması gərəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811

Oxşar yazılar