Səfər Əbiyev Avropa İttifaqı təmsilçisini qəbul edib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın müstəqillik qazandıqdan sonra Avropa ilə sıx əlaqələrindən və hərbi əməkdaşlıq məsələlərindən qonağa ətraflı məlumat verib. Bölgədə gərgin hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının işğalına şərait yaradan səbəblər, nəticədə bir milyon soydaşımızın öz doğma yurdundan didərgin düşməsi və digər problemlərdən söhbət açılıb.
Nazir S.Əbiyev qeyd edib ki, Minsk Qrupunun vasitəçiliyi hələki konkret bəhrəsini verməyib və Azərbaycana qarşı ikili standartlar bu gün də mövcuddur. Müdafiə naziri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilmədiyini qonağın diqqətinə çatdırıb və Avropa İttifaqının konfliktin həllində səylərini artıracağına ümid etdiyini bildirib.

2440