BAXCP danışıqlardan çıxmağı tələb edir
BAXCP-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ isə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi istiqamətində aparılan sülh danışıqlarının perspektivi ilə bağlı olub. BAXCP İdarə Heyəti torpaqlarımızın 20 faizindən artıq hissəsinin işğal altında qalması faktına diqqət çəkərək bəyan edib ki, bölgənin lider dövləti olan Azərbaycan bu vəziyyətlə barışmamalı və vəziyyəti dəyişmək üçün real addımlar atmalıdır. BAXCP hesab edir ki, MDB dövlət başçılarının Tacikistanda keçirilən zirvə toplantısında Ermənistan prezidenti Serj Sarkisyanın növbəti dəfə “Dağlıq Qarabağ heç vaxt öz müstəqilliyindən imtina etməyəcək” kimi bəyanatından sonra Azərbaycan vasitəçiləri və beynəlxalq ictimaiyyəti məlumatlandırmaqla danışıqlardan çıxdığını bəyan etməlidir. Serj Sarkisyanla bundan sonra da danışıqların davam etdirilməsi yalnız mövcud status-kvonun saxlanılmasına xidmət edə bilər.
BAXCP Azərbaycanın danışıqlardan çıxacağı təqdirdə mövcud ola biləcək xarici təzyiqlərdən qorxmamağa, dünyaya torpaqlarımızı işğaldan azad etmək üçün ciddi addımlar atmaq qətiyyətində olduğumuzu nümayiş etdirməyə çağırır: “Yalnız birliyimiz və qətiyyətimiz sayəsində biz torpaqlarımızı azad edə bilərik. Heç kim bizim əvəzimizə torpaqlarımızı azad etməyəcək!”.

406