Azərbaycan prezidenti Buzovnadakı iki məktəb və uşaq bağçasında aparılan yenidənqurma işləri ilə tanış olub
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəbləri binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verilərək bildirilib ki, 33 nömrəli məktəb 2002-ci ildə inşa edilib. 168 şagird yerlik məktəbdə 267 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Şagird sıxlığı nəzərə alınaraq 33 nömrəli məktəb üçün əlavə 200 şagird yerlik yeni korpus inşa edilib.
Sonra dövlət başçısı 125 nömrəli orta məktəbdə olub. 340 şagird yerlik bu məktəbdə 555 şagirdin təhsil aldığı, dərslərin iki növbədə tədris olunduğu bildirilib. Məktəbdə şagird sıxlığı nəzərə alınaraq əlavə 6 sinif otağının inşa edildiyi qeyd olunub.
Daha sonra prezident İlham Əliyev Buzovnadakı 244 nömrəli uşaq bağçasında həyata keçirilən əsaslı yenidənqurma işləri ilə tanış olub. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, uşaq bağçasının binası qəza vəziyyətində olduğundan sökülərək yenidən inşa olunub. 60 uşaq üçün nəzərdə tutulan bağçada üç qrup fəaliyyət göstərəcək. İnşa olunmuş yeni binada ən müasir tələblərə uyğun bütün şərait yaradılacaq.
Görülən işlərlə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tövsiyələrini verib.

548