Məhərrəm Əlyev bəzi məmurlara ismarıc göndərdi
“Vəzifəyə təyin olunmaq, vəzifədən azad edilmək hər bir dövlət məmurunun yaşadığı taledir. Mən Tacikistandan geri çağırılmışam, hazırda Xarici İşlər Nazirliyinin sərəncamındayam. Mənə vəzifə veriləcək, verilməyəcək, bu, dövlət başçısından asılıdır”. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi və Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyev güc strukturlarından birinə təyinat alacağı barədə məlumatları APA-ya şərh edərkən deyib.
M. Əliyev bəzi şəxslərin onunla bağlı mətbuatda yalan məlumatların yayılmasında maraqlı olduqlarını bildirib: “Sözsüz ki, bəzi insanlar, bəzi vəzifə tutanlar, bizim bu işlərə maneçilik törətmək niyyətində olan adamlar qəsdən belə məlumatların yayılmasında maraqlı olurlar, sifarişlə yazılar yazdırırlar. Kimlərisə nə iləsə ələ alaraq yalan məlumatlar yayılmasına nail olurlar. Mən istəməzdim ki, bizim jurnalistlər belə yazılar yazsınlar. Yazanda qoy hərtərəfli düşünsünlər. Məndən soruşurlar ki, həmin jurnalistləri niyə məhkəməyə vermirsiniz? Deyirəm ki, mən jurnalistləri heç vaxt məhkəməyə verməmişəm, heç vaxt da verməyəcəyəm. Əlbəttə, bu deyilən, yazılan şeylərin heç birinin əsası yoxdur. Onsuz da məni tanıyan insanlar yalan məlumatlara inanmırlar. Ötən bu illər ərzində hamı gördü ki, kim-kimdir. Mənim 10 il bundan qabaq dediyim şeylər real olaraq üzə çıxdı və bilindi. Qalan şeylərə gəlincə, vaxt hər şeyi həll edir və edəcək”.
M. Əliyev hazırda Bakıdakı evində olduğunu deyib: “Münasib bir iş olsa, məsləhət görülsə, işləyəcəyik. Olmasa, camaat necə, mən də elə, çıxacağam istirahətə. Mən həmişə dövlətə, dövlətçiliyimizə, möhtərəm prezidentimiz İlham Əliyevə, ümummilli lider Heydər Əliyevə sadiq olmuşam və ömrümün axırına qədər də bu yolla gedəcəyəm. Çünki bu yolun alternativini görmürəm”.

740